Kişi aparıcı efirə qadın geyimində çıxdı
3 İyul 2018 17:09 DünyaRusiyalı aparıcı Aleksandr Sofronov proqrama qadın geyimində çıxıb.
"İspaniyaya qalib gəlsək, qadın geyimi geyinəcəyəm" sözünü verən aparıcı vədinə əməl edib.
Aparıcı bu addımı Dünya Çempionatının 1/8 finalında Rusiyanın İspaniyanı 4:3 hesabı ilə məğlub etməsindən sonra atıb.
O, daha sonra instaqramdan fotolarını paylaşıb və izləyicilərini gülümsədib. Aparıcı izləyicilərinə "Xorvatiyanı məğlub etsək, nə edim" sualını ünvanlayıb.
Qeyd edək ki, Rusiya millisi ¼ finalı çərçivəsində Xorvatiya ilə qarşılaşacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31