Yaşamaq üçün ən ucuz şəhərlər açıqlanıb
3 İyul 2018 16:58 DünyaYaşamaq üçün 560 avronun yetərli olduğu ən ucuz şəhər Misirin paytaxtı Qahirə şəhəri olub.
Reytinq cədvəlinin hazırlanmasında ilk bir ay üçün lazım olan vəsait nəzərdə tutulub. Bura mənzilin kirayəsi, internetin ödənilməsi, qidalanma, nəqliyyat və telefon daxildir.
İkinci yerdə Hindistanın Banqalor şəhəri (634 avro), üçüncü yerdə isə Buxarestdir (644 avro).
Reytinq cədvəlinə görə, ən bahalı şəhər Dubaydır (3,6 min avro). Avropa şəhərləri arasında isə London ən bahalı şəhər hesab olunur (2,7 min avro). Moskva 899 avro ilə 68-ci yerdə qərarlaşıb.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31