İstanbulda antiterror əməliyyatı
3 İyul 2018 16:34 Dünyaİstanbul Baş Polis İdarəsi Terrorla Mübarizə Şöbəsi MLKP (Marksist Leninist Kommunist Partiyası) terror təşkilatının HKO (Halk Kurtuluş Ordusu) silahlı dəstəsinin üzvü olan Tuncelide terror təlimi alan bir çox cinayətdən axtarışda olan və xaricə qaçmaq hazırlığında olan E. S nın şəhərin Sultanqazı rayonunda gizləndiyinin xəbərini alaraq hərəkətə keçib. Üç ayrı ünvanda aparılan əməliyyat nəticəsində E.S və onun yanında bir qadın şübhəli qismində saxlanaraq Baş Polis İdarəsinə aparılıblar. Hal-hazırda saxlanılanların Baş Polis İdarəsində dindirildiyi bildirilir.
Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31