Əfqanıstanda hərbi karvana hücum: ABŞ əsgərləri həlak oldu

Əfqanıstanın şərqindəki Loger vilayətində "Taliban" terror təşkilatının silahlıları ABŞ əsgərlərinin olduğu hərbi karvana hücum edib. 

Hücum zamanı beş amerikalı əsgər həlak olub, bir neçə əsgər isə yaralanıb. 

Vilayət polisinin nümayəndəsi Şahpur Arab informasiyanı təsdiqləyib və bildirib ki, hücum nəticəsində iki zirehli avtomobil yararsız hala salınıb. 

www.oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31