Hindistanlı gənc Argentinanın Fransaya məğlubiyyətindən sonra intihar edib

Argetnina millisinin dünya çempionatının 1/8 final finalında Fransaya 3:4 hesabı ilə məğlub olduğu oyundan sonra hindistanlı gənc intihar edib.

Argentina yığmasının ulduz futbolçusu Lionel Messinin pərəstişkarı Monotoş Halder matçın ardından otağında ölü vəziyyətdə tapılıb.

Atası Monqol Halder Monotoşun heç bir xəstəliyinin olmadığını deyib: "O, Argentina azarkeşi idi. DÇ-2018 başlayandan sonra hər zaman televizorun qarşısında idi. Argentinanın Fransaya uduzduğu oyundan sonra məyus oldu. Amma özünə qəsd edəcəyini düşünmədik".

Qeyd edək ki, Monotoş Halderdən öncə digər hindistanlı, Lionel Messinin pərəstişkarı olan Dinu Aleks də Argentinanın Xorvatiyaya 0:3 hesablı məğlubiyyətindən sonra intihar edib.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31