Rəhbərlər KXDR məsələsini müzakirə edəcəklər
3 İyul 2018 15:02 DünyaCənubi Koreya, Yaponiya və ABŞ-ın xarici siyasət idarələrinin rəhbərləri xanım Kan Kyun-hva, Taro Kono və Mayk Pompeo bu həftə Yaponiyada görüşərək, Şimali Koreya mövzusunu müzakirə edəcəklər.
ABŞ-ın dövlət katibi Mayk Pompeo iyulun 5-də Pxenyana səfəri çərçivəsində Koreya Xalq Demokratik Respublikası ilə nüvə silahının ləğvi üzrə əldə olunan razılaşmanın icrasına dair müzakirələr aparacaq. Bundan sonra Yaponiyaya səfər edəcək Mayk Pompeo Cənubi koreyalı və yaponiyalı həmkarları ilə danışıqlar aparacaq.
Qeyd edək ki, Mayk Pompeonun bu səfəri ABŞ Prezidenti Donald Tramp və KXDR lideri Kim Çen Inın Sinqapur görüşündən sonra Birləşmiş Ştatların yüksəkvəzifəli rəsmisinin Pxenyana ilk səfəridir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31