"Kılıçdaroğluna dedim ki, yerini mənə verə bilər" – İncə
3 İyul 2018 13:52 DünyaDünən Cümhuriyyət Xalq Partiyasının rəhbəri Kamal Kılıçdaroğlu ilə CHP-dən prezidentliyə namizəd Məhərrəm İncənin arasında baş tutan görüşün detalları bəlli olub.
Jurnalistlərə açıqlama verən İncə Kılıçdaroğluna görüş zamanı etdiyi təklifi açıqlayıb.
"Cənab Kılıçdaroğludan mənə hansısa təklif gəlmədi, amma mən ona bir təklif irəli sürdüm. Ona bildirdim ki, qurultayda özünə rəqib olan birini prezidentliyə namizəd göstərməsi böyük dövlət adamına məxsus xüsusiyyətidir. Onunla yarışa girmək istəmədiyimi söylədim. Əgər özü istəsə, qurultayı toplayıb məni rəhbər olaraq göstərə bilər. Ona həmçinin mənim rəhbər, onun fəxri rəhbər ola biləcəyini bildirdim", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31