Pakistanda leysan nəticəsində 10 nəfər ölüb
3 İyul 2018 13:19 DünyaPakistanın şimal-şərqində yerləşən Lahor şəhərində musson leysan yağışları nəticəsində azı 10 nəfər ölüb.
Bu barədə Pakistanın Xilasedici Xidməti məlumat yayıb.
Bildirilib ki, təbii fəlakət qurbanlarının yarısı binaların dam örtüyünün yağışın təzyiqinə dözməyərək çökməsi nəticəsində ölüblər. İki nəfəri isə elektrik cərəyanı vurub.
Son sutkada Lahora 252 mm yağıntı düşüb. İyul üçün aylıq norma isə 202,1 mm-dir.
Məlumata görə, Pakistanın Pəncab əyalətində də leysan yağışları ara vermir.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31