Türkiyədə silah qaçaqmalçılığı ilə məşğul olan cinayət dəstəsi çökdürüldü

Bursa mərkəzli keçirilən əməliyyat nəticəsində Türkiyənin 14 vilayətində silah qaçaqmalçılığı şübhəsilə 59 nəfərin həbs edildiyi bildirilir. İstanbul, Yalova, Balıkesir, Konya, Sakarya, Kütahya, Ankara, Samsun, Zonguldak, Manisa, Hatay, Çanakkale, Bayburt vilayətlərində aparılan əməliyyatlarda 24 tapança, çoxlu sayda avtomat, tüfəng və sursat aşkarlanaraq götürülüb. Hal-hazırda 12 nəfər şübhəlinin cinayət məhsuliyyətinə cəlb edilməsi məqsədilə  axtarışı davam edir.

Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31