Nikol Paşinyan ölkə sərhədlərini Daxil Qoşunların qoruması barədə qərar qəbul edib
3 İyul 2018 12:44 DünyaErmənistanın baş naziri Nikol Paşinyan ölkə sərhədlərini Daxil Qoşunların qoruması barədə qərar qəbul edib.
Məsələ ilə bağlı ölkənin polis rəisi Valeri Osipyanla müdafiə naziri David Tonayan arasında görüş olub.
Bu qərara yalnız Daxili Qoşunların bir bölüyü etiraz edib. D.Osipyan bildirib ki, eiraz edən Daxili Qoşun bölüyü avqustun 15-də Dağlıq Qarabağa (Azərbaycanın işğal olunmuş ərazisi - "Report") 15 günlük ezamiyyətə göndəriləcək.
Qeyd edək ki, Ermənistanın "Daxili qoşunlar haqqında" qanununa əsasən, onların tapşırıqlarından biri də müdafiədə iştirakdır. Əvvəlki prezident Serj Sarqsyan hakimiyyəti Daxili Qoşunlardan yalnız etiraz aksiyalarını dağıtmaq üçün istifadə edib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31