Vyanada İranın nüvə proqramı müzakirə ediləcək
3 İyul 2018 11:27 DünyaAvstriyanın paytaxtı Vyanada iyulun 6-da "altılıq" dövlətlərinin xarici işlər nazirləri, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələlər üzrə ali nümayəndəsi Federika Moqerini və İran XİN-in başçısı Məhəmmədcavad Zərifin iştirakı ilə İslam Respublikasınn nüvə proqramı üzrə görüş keçiriləcək.
Bunu TASS-a diplomatik mənbə bildirib.
Həmin görüşdə "altılıq" dövlətlərindən biri olan ABŞ-ın nümayəndəsi iştirak etməyəcək. Rusiya Xarici İşlər Nazirliyi isə rəsmi Moskvanın görüşdə iştirak edib-etməyəcəyinə aydınlıq gətirməyib.
Qeyd edək ki, ABŞ prezidenti mayın 8-də ölkəsinin İranın nüvə proqramı ilə bağlı 2015-ci il iyulun 15-də imzalanmış Əhatəli Razılaşmaya dair Fəaliyyət Planı müqaviləsindən çıxdığını elan edib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31