Almaniyanın DİN rəhbəri istefa verəcək

Almaniyanın daxili işlər naziri Horst Seehofer istefaya hazır olduğunu açıqlayıb.

Daxili işlər naziri və "Xristian-sosialist ittifaqı"nın lideri Horst Seehofer, miqrasiya siyasəti ilə bağlı kansler Angela Merkellə fikir ayrılığı yaşayıb.

Seehofer hər iki postundan imtina etməyə hazır olduğunu bildirib. O, Merkelin Avropa İttifaqı ilə əldə etdiyi razılaşmanı müsbət qarşılamayıb.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31