“Habertürk” qəzeti fəaliyyətini dayandırır

Türkiyənin nüfuzlu qəzetlərindən sayılan “Habertürk”ün bağlanması haqqında qərar qəbul edilib.

Türkiyənin nüfuzlu qəzetlərindən sayılan "Habertürk"ün bağlanması haqqında qərar qəbul edilib. 

"Ciner Media" qrupunun idarə heyətinin rəhbəri Kənan Tekdağ qərarla bağlı artıq işçilərini məlumatlandırıb.

O, işçilərə göndərdiyi müraciətdə qəzetin cümə gününə qədər dərc ediləcəyini, daha sonra isə yalnız sayt olaraq fəaliyyət göstərəcəyini açıqlayıb. Qəzetin bağlanmasına səbəb olaraq maliyyə problemləri göstərilir. "Habertürk" qəzeti 2008-ci ildən fəaliyyət göstərir.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31