"Prapirun" Yaponiyanı viran qoydu, ölən və yaralananlar var
Yaponiyada "Prapirun" qasırğası insan tələfatına səbəb olub.
2 İyul 2018 17:39 DünyaYaponiyada "Prapirun" qasırğası insan tələfatına səbəb olub.
Artıq bir neçə gündür ki, güclü küləklə müşayiət olunan leysan yağışları nəticəsində 5 nəfər xəsarət alıb, 1 nəfər həyatını itirib.
Güclü qasırğa Cənubi Koreyada da fəsadlara yol açıb. Burada ölən və xəsarət alan var, hətta 2 nəfərin itkin düşdüyü bildirilir.
Qeyd edək ki, hələ ötən həftənin sonlarında qasırğa səbəbindən Yaponiyada təxminən 26 min nəfər təxliyə olunub.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31