Rusiya son model qırıcısını bu tarixdə orduya verəcək

Rusiyanın beşinci nəsil qırıcı təyyarəsi Su-57-lərin sınaqları plana uyğun şəkildə həyata keçirilir. 2018-ci ildə ilk 2 Su-57 üçün müqavilə imzalanacaq.

Bu sözləri Rusiya Baş nazirinin müavini Yuri Borisov deyib.

"Ümumiyyətlə, bizim Dövlət Silahlanma Proqramında 12 təyyarə - 2 eskadrilya nəzərdə tutulub", - Borisov bildirib.

Qeyd edək ki, Su-57-lərin ilk partiyası 2019-cu ildə Rusiya ordusuna təhvil veriləcək.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31