Serj Sarqsyanın ailəsi 6,8 milyon dollarlıq maliyyə fırıldağında ittiham olunurlar

Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın qardaşı, ölkənin xüsusi məsələlər üzrə səfiri Lev Sarqsyan və övladları qanunsuz olaraq 6,8 milyon dolları müvafiq qurumlardan gizlətməkdə şübhəli bilinirlər.

Məlumatı ölkənin Xüsusi İstintaq Xidmətinin mətbuat katibliyi yayıb.

İttiham aktında qeyd olunub ki, L.Sarqsyan, onun oğlu Narek və qızı Ani cinayət əməlində şübhəli bilinirlər. "C-el-C layihə şirkəti" Səhmdar Cəmiyyətinin ofisində aparılan axtarış nəticəsində müəyyən olub ki, 2017-ci ilin ikinci yarısında onların adına Ermənistan banklarından biri pul köçürüb. Onlar bu məbləği vergi bəyannaməsində göstərməyiblər.

Hüquq-mühafizə orqanları Lev, Narek və Ani Sarqsyanların şəhərdən çıxışana qadağa qoyub. Onların dilindən paytaxt Yerevanı tərk etməmək barədə iltizam alıblar.  

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31