Rus kosmonavtlardan yığmaya təbrik mesajı - Video

Rus kosmonavtlar orbitdə dünya çempionatının dörddəbir finalına yüksələn Rusiya milli komandasını təbrik ediblər.

Təbrik mesajını kosmonavt Oleq Artemyev öz Tvitter səhifəsində paylaşıb.

Artemyevin paylaşdığı videoda öz həmkarı ilə sözügedən matçı necə həyəcanla izlədikləri, milli komandaya dəstək olduqları anlar da yer alıb.

Qeyd edək ki, ötən gün Rusiya millisi güclü İspaniyanı penaltilərlə məğlub edərək dörddəbir finala yüksəlib.

Kult.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31