İordaniya Rusiya ilə Suriya danışıqlarına başlayır
İordaniya Suriyanın cənub-qərbindəki vəziyyət və oradakı atəşkəs rejimi ilə bağlı Rusiya ilə danışıqlar aparacaq.
2 İyul 2018 14:51 Dünyaİordaniya Suriyanın cənub-qərbindəki vəziyyət və oradakı atəşkəs rejimi ilə bağlı Rusiya ilə danışıqlar aparacaq.
Bu barədə İordaniya xarici işlər naziri Ayman Səfadi bildirib.
Onun sözlərinə görə, bu həftə Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşündə cənub-qərbi Suriyadakı humanitar vəziyyəti müzakirə edəcəklər.
Qeyd edək ki, Suriyada Əsəd hökumətin qüvvələri ölkənin cənub-qərbindəki əraziləri - İordaniya ilə sərhəddəki Colan yüksəklikləri ətrafındakı rayonları silahlı müxalifətdən və terrorçulardan geri almaq uğrunda irimiqyaslı hərbi əməliyyatlara başlayıb. Ciddi itkilər verən qarşı tərəfin rəsmi Dəməşqin şərtlərini qəbul etdiyinə dair məlumatlar yayılıb.
Bundan əvvəl, BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura Suriyaordusunu ölkənin cənub hissəsində apardığı mübarizəni dayandırmağa çağırmışdı. Əsəd hökuməti həmin ərazilərdə mülki şəxslərin ölümü ilə bağlı iddiaları rədd edir.
AzVision.az