41 yaşlı kişi 11 yaşlı uşaqla ailə qurmaq istəyir – Ölkə ŞOKDA

Malaziyada 41 yaşlı kişinin 11 yaşlı qız uşağı ilə evlənməsi ölkədə narazılıqlara səbəb olub. Olaylar.az bildirir ki, Malaziyada rəsmi evlilik yaşı 18 olsa da, Müsəlmanlar Dini məhkəməsi 16 yaşında da evlənməyə icazə verir.

İki dəfə evli olan kişinin varlı tacir olduğu, uşağın ailəsinin isə yoxsulluqdan əziyyət çəkdiyi məlum olub. Tayilandlı ailə qızlarının 16 yaşına qədər onlarla yaşayacağını, daha sonra rəsmi nigah imzalanacağını açıqlayıb. 41 yaşlı kişinin hər iki evliliyindən 5-18 yaş aralarında uşaqları olduğu qeyd olunur.
UNİCEF böyük narazılığa səbəb olan nigahı qəbuledilməz adlandırıb. Malayziya Qadınlar, Ailə və Sosial İnkişaf Nazirliyi, nikahın qeyri-qanuni olacağını və şəriət məhkəməsi təsdiq etmədiyi təqdirdə 41 yaşlı kişinin altı aylıq həbs olunacağını bildirib. .
İnsan hüquqları müdafiəçisi Syed Azmi Alhabşi 11 yaşındakı bir qızla evliliyi pedofil davranışı adlandırıb.
Qeyd edək ki, Malayziyada müsəlman kişilər dörd qadınla evlənə bilər. Hüquq müdafiəçiləri bildirirlər ki, ölkədə 15 yaşdan kiçik təxminən 16.000 qız ailə həyatı qurub.
Ötən il ölkədə uşaq istismarçılarını cəzalandırmaq üçün qanun layihəsi qəbul edilib. Lakin uşaq nikahları cinayətə daxil edilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31