Türkiyədə suriyalılar qəzaya düşdü - 3 ölü, 30 yaralı
Türkiyənin Mersin vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib. Trend-in məlumatına görə, qəza nəticəsində 3 nəfər ölüb, 30-dan çox adam yaralanıb.
2 İyul 2018 13:49 DünyaTürkiyənin Mersin vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 3 nəfər ölüb, 30-dan çox adam yaralanıb.
Məlumata görə, yaralananlar hamısı Suriya vətəndaşlarıdır. Yaralılar arasında qadınlar və uşaqların olduğu bildirilir.
Qəzanın hansı səbəbdən və hansı şəraitdə baş verməsi barədə hələ məlumat verilməyib.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31