“Səudiyyə Ərəbistanı neft istehsalını artırmağa razılaşdı” – Tramp
“Səudiyyə Ərəbistanının neft istehsalını 2 milyon barrelədək artırmasını istədim və Kral Salman bin Əbdüləziz Al Səud buna razılıq verdi”. Bunu ABŞ Prezidenti Donald Tramp özünün “Twitter” səhifəsində yazıb.
2 İyul 2018 13:45 Dünya"Səudiyyə Ərəbistanının neft istehsalını 2 milyon barrelədək artırmasını istədim və Kral Salman bin Əbdüləziz Al Səud buna razılıq verdi".
Bunu ABŞ Prezidenti Donald Tramp özünün "Twitter" səhifəsində yazıb.
ABŞ lideri qeyd edib ki, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səudla danışdım və ondan İran və Venesuelada baş verən qarışıqlıqla əlaqədar Səudiyyə Ərəbistanının bu boşluğu doldurması üçün neft hasilatını 2 milyon barrelədək artırmasını istədim: "Qiymətlər çox yüksəkdir! Kral Salman buna razılıq verdi".
Qeyd edək ki, ABŞ-ın öz müttəfiqlərindən noyabrın 4-dək İrandan xam neft idxalını dayandırmasını istəməsi "qara qızıl"ın qiymətinin son günlərdə kəskin bahalaşmasına səbəb olmuşdu.
Azadinform