Ermənistan şəkərli diabet və tənəffüs yolları xəstəliklərindən ölənlərin sayına görə MDB-də liderdir
2 İyul 2018 13:18 DünyaErmənistan şəkərli diabet və tənəffüs yolları xəstəliklərindən ölənlərin sayına görə MDB-də liderdir.
Bu ölkədə tənəffüs yolları xəstəliyindən ölənlərin sayı əhalinin hər 100 min nəfərinə 72 nəfər təşkil edir.
Siyahıya, əsasən, Qırğızıstan başçılıq edir. Bu ölkədə şəkərli tənəffüs yolları xəstəliyindən ölənlərin sayı əhalinin hər 100 min nəfərinə 102 nəfərdir.
Ermənistan həmçinin şəkərli diabet xəstəliyindən ölənlərin sayına görə də MDB məkanında liderdir. Belə ki, bu ölkədə 100 min nəfərdən 39,1-i şəkərli diabetdən ölür. Bu göstəriciyə görə ikinci yeri Qazaxıstan (23,1), üçüncü yeri isə Rusiya (21,5) tutur.
Qeyd edək ki, Azərbaycan MDB məkanında tənəffüs yolları xəstəliklərdən ölən insanların sayına görə sonuncu yerlərdən birini tutur. Ölkədə bu xəstəlikdən ölənlərin sayı əhalinin hər 100 min nəfərinə 19 nəfər təşkil edir.
"Report"