Ukraynanın “əsl dostu” bilindi - Bu, ABŞ deyil

Ukrayna prezidenti Pyotr Poroşenko ölkəsinin əsl və ən səmimi dostunun kimliyini açıqlayıb. O, bunun ABŞ olmadığını deyib.

Ukrayna prezidenti Pyotr Poroşenko ölkəsinin əsl və ən səmimi dostunun kimliyini açıqlayıb. O, bunun ABŞ olmadığını deyib.

Poroşenko "Facebook" səhifəsində "Yəqin ki, dünyada Ukraynanın Kanadadan daha səmimi dostu yoxdur", - deyə yazıb və Kanadanın milli günü münasibətilə təbriklərini çatdırıb.

Kanadaya rifah və çiçəklənmə arzulayan Poroşenko, bu ölkənin baş naziri Castin Trüdo ilə birgə çəkdirdiyi fotolardan ibarət video-roliki təbrik mesajına yerləşdirib. 

Xatırladaq ki, Kanada Ukraynanın NATO-ya qoşulmasına ən çox dəstək verən ölkələrdəndir. 


AzVision.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31