İbrahim Tatlısəsi təhdid etdilər: “Oğlun İdonu öldürəcəyik”
Türkiyəli müğənni İbrahim Tatlısəs ona zəng edib təhdid edən şəxslərin kimliyini müəyyən etmək üçün polisə müraciət edib. Tatlısəs oğlumun can və mal təhlükəsizliyinin təmin edilsini də tələb edib.
2 İyul 2018 10:39 DünyaTürkiyəli müğənni İbrahim Tatlısəs ona zəng edib təhdid edən şəxslərin kimliyini müəyyən etmək üçün polisə müraciət edib.
Tatlısəs oğlumun can və mal təhlükəsizliyinin təmin edilsini də tələb edib.
İyunun 28-də İbrahim Tatlısəs oğlunun və özünün albomlarını paylayan şirkət "Esen Müzik"ə gedib. Bu zaman şirkətə məxsus telefona zəng gəlib. Nömrəsi məlum olmayan zəng işçi tərəfindən cavablandırılsa da, zəng edən şəxs "İbrahim Tatlısəsin oğlu İdonu öldürəcəyik" şəklində sözlər deyərək telefonu yerə qoyub.
İbrahim Tatlısəs isə vəkilinin vasitəsiylə prokurorluğa müraciət edib və bildirib ki, oğlu İdo və Ahmet Tatlısəs dəfələrlə öldürülmələriylə bağlı təhdidə məruz qalıblar. Müğənni müraciət ərizəsində İdonun Yalovada baş tutacaq konsertinə ölüm təhdidi ilə çıxmaq məcburiyyətində qaldığını və konsertin güclü təhlükəsizlik tədbirləri altında gerçəkləşməsini bəyan edib.
Daha sonra Tatlısəs İdonu ölümlə təhdid edən şəxsin cəzalandırılmasını və oğlunun can təhlükəsizliyinin təmin edilməsini istəyib. Müğənninin şikayətindən sonra prokurorluq araşdırmaya başlayıb.
A24.az