İsveçrədən İtaliya və Yunanıstana QADAĞA
İsveçrə höküməti Yunanıstan və İtaliyadan gələn miqrantlara qarşı qadağa tətbiq etdi. Olaylar.az bildirir ki, İsveçrə hökuməti Avropa İttifaqının köçürmə proqramı çərçivəsində İtaliya və Yunanıstandan olan miqrantları qəbul etməyəcəyini açıqlayıb. Federal Miqrasiya rəsmisi hökumətin bu qərarını təsdiqləyib. Qeyd edək ki, 2015–ci ildə Avropa İttifaqının tələbinə uyğun olaraq İsveçrə höküməti hər iki ölkədən 1500 miqrant qəbul edəcəyini açıqlamışdı. Razılaşmaya uyğun olaraq 902 nəfər İtaliyadan, 579 nəfər isə Yunanıstandan İsveçrəyə sığınıb.
2 İyul 2018 08:49 Dünyaİsveçrə höküməti Yunanıstan və İtaliyadan gələn miqrantlara qarşı qadağa tətbiq etdi. Olaylar.az bildirir ki, İsveçrə hökuməti Avropa İttifaqının köçürmə proqramı çərçivəsində İtaliya və Yunanıstandan olan miqrantları qəbul etməyəcəyini açıqlayıb. Federal Miqrasiya rəsmisi hökumətin bu qərarını təsdiqləyib.
Qeyd edək ki, 2015-ci ildə Avropa İttifaqının tələbinə uyğun olaraq İsveçrə höküməti hər iki ölkədən 1500 miqrant qəbul edəcəyini açıqlamışdı. Razılaşmaya uyğun olaraq 902 nəfər İtaliyadan, 579 nəfər isə Yunanıstandan İsveçrəyə sığınıb.
Avropa İttifaqı Miqrasiya və Daxili İşlər və Vətəndaşlıq üzrə Komissiyasının üzvü Dimitris Avramopolos 2017-ci ilin payızında İsveçrədən mümkün qədər çox sayda miqrant qəbul etməyi tələb edib. İsveçrə hökuməti İtaliya və Yunanıstandan olan miqrantların Avropa İttifaqının köçürmə proqramına tələb etmədikləri üçün onlara qarşı qadağa qoyduğunu açıqlayıb.