İngiltərədə yanğına görə fövqəladə vəziyyət elan edilib
İngiltərənin “Lancashire” ərazisində yerləşən çöl sahəsində baş verən güclü yanğın davam edir.
2 İyul 2018 00:50 Dünyaİngiltərənin "Lancashire" ərazisində yerləşən çöl sahəsində baş verən güclü yanğın davam edir.
Yanğınla bağlı ərazidə fövqəladə vəziyyət elan edilib.
"Winter Hill" və Skout küçəsində qeydə alınan 2 yanğının qarşısını güclü külək səbəbilə almaq qeyri-mümkündür.
Əraziyə 80-dən çox yanğınsöndürən cəlb edilib.
Yanğını qəsdən törətməkdə şübhəli bilinən 22 yaşlı şəxs həbs edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31