Dünyadan xəbərsiz təhlükəli qəbilələr:  Qadın uğrunda savaşıb, körpələri öldürürlər - FOTOLAR

 

Dünya üzərində müasir həyatdan xəbərdar olan 100-dən çox qəbilə var. Bu qəbilələr bunu bilsələr də, öz həyatlarından razıdırlar.

Lakin müasir həyatdan ümumiyyətlə xəbərdar olmayan bir neçə qəbilə var ki, normal cəmiyyət üçün də təhlükəlidirlər. Bu qəbilələrin üzvləri mizraqları və zəhərli oxları ilə onlara yaxınlaşanları öldürməyə cəhd edirlər.

Musavat.com dünyadan xəbərsiz və təhlükəli olan qəbilələri təqdim edir.

Sentinelli qəbiləsi

Bu qəbilə dünyadakı ən təhlükəli qəbilələr siyahısına liderlik edir. Onlar Şimali Sentinel adasında yaşayırlar. Hindistan hökuməti bu əraziyə yaxınlaşmağı qadağan edib. 2004-cü ildə Hindistan hökumətinə məxsus helikopter havadan bu qəbilə üçün bir qədər ərzaq atmaq istədi. Lakin pilot bu qəbilənin hücumuna məruz qaldı. Bu qəbilənin 60 min il əvvəl burada məskən saldığı iddia edilir. Saylarının isə hazırda 250-500 arası olduğu bildirilir.

Похожее изображение

Yaiofo qəbiləsi

Bu qəbilə Yeni Qvineyada yaşayır. 1988-ci ildə bir ingilis macəraçını əsir götürmüşdülər. 6 həftə ərzində hər gün döyülən macəraçı zorla onların hazırladıqları yeməyi yemək məcburiyyətində qalırdı. Qəbilə üzvlərinin xüsusi bir özəlliyi ağaclar üzərində sərbəst şəkildə gəzmələridir. Qəbilənin yaşadığı məkana gedib çatmaq 1,5 ay vaxt aparır.

The Yaifo people are certainly one of the Most Isolated and Dangerous Tribes in the World

Korovai qəbiləsi

1974-cü ilə qədər kəşf edilməyən bu qəbilə yer üzünün ən vəhşi qəbilələrindən sayılır. Evlərini ağaclarda quran bu qəbilənin üzvləri ağdərili insanların şeytan tərəfindən göndərilən varlıqlar olduqlarına inanırlar. Bu günə qədər də bir neçə ağdərili insanı qətl ediblər.

Картинки по запросу Korowai Tribe

Suri qəbiləsi

Bu qəbilə də olduqca təhlükəlidir. Onlar Sudan müharibəsi zamanı ələ keçirdikləri xeyli silahla qəbilələrini və saxladıqları heyvanları qoruyurlar. Odun parçaları ilə döyüşməkdə bacarıqlıdırlar.

Картинки по запросу Mursi Kabilesi

Amazonun qərb sahillərində yerləşən bu qəbilə ilə Braziliya hökuməti arasında neçə illərdir ki, sülh bağlana bilinmir.Braziliya hökumətinin bu qəbiləyə göndərdiyi 7 rəsmi şəxs ölümcül döyülüb. Bundan sonra hökumət bu əraziyə girişi qadağan etdi. Qəbilənin dəqiq bir dini inancı yoxdur. Yalnız onların ailədə yeni doğulan ikinci uşağı öldürdükləri iddia edilir.

The Surma and Suri tribes are considered one of the Most Isolated and Dangerous Tribes in the World

Mursi qəbiləsi

Bu qəbilə oğlan uşaqlarının doğulmasına savaşçıların dünyaya gəlişi kimi inanır. Adətlərinə görə, evlənmək üzrə olan kişilər qadın ilə maraqlanan digər kişilərlə savaşmaq məcburiyyətindədir. Qalib olan həmin qadınla evlənir. Evləndikdən sonra da həmin kişi ən yaxın qəsəbədə yaşayan kənd camaatının inəklərini oğurlamaq məcburiyyətindədir.

Картинки по запросу африка традиции

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31