2020-ci ilədək uçan avtomobillərin istifadəsinə başlamaq planlaşdırılır

Yaponiya höküməti 2020-ci ilədək uçan avtomobillərin istifadəsinə başlamaq niyyətindədir.

Bu barədə ölkənin ən böyük "Yomiuri" qəzeti xəbər yayıb.

Qeyd edilir ki, bu poqramın reallaşdırılması çərçivəsində 2018-ci ildə xüsusi şura yaradılacaq. Şura müvafiq hüquqi və texniki bazaların hazırlanması ilə məşğul olacaq. Ehtimal edilir ki, uçan avtomobillər təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması prosesində istifadə olunacaq.

Vurğulanır ki, ölkə höküməti bu ideyanın tezliklə həyata keçirilməsi istiqamətində işlər görür.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31