Hindistanda avtobus dərəyə aşıb, 45 nəfər ölüb

Bazar günü Hindistanın şimalında yerləşən Uttarakhand ştatında avtobusun dərəyə aşması nəticəsində azı 40 nəfər həyatını itirib.

Bu barədə NDTV telekanalı məlumat yayıb.

Bildirilir ki, 45 nəfəri daşıyan avtobus dərəyə 200 metr yüksəklikdən düşüb. Hadisənin təfərrüatları dəqiqləşdirilir.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31