Liviyadan Avropaya qaçqın gətirən gəmi batdı: 100-dən çox ölü var
1 İyul 2018 05:41 DünyaLiviyadan Avropaya qaçqın gətirən gəmi batıb. AzEuroNews.com xəbər verir ki, gəmidə Avropaya qaçaq yollarla gəlmək istəyən 100-dən insan olub.
Batan gəmidən yalnız 14 nəfər xilas edilə bilib. Liviya Sahil Mühafizə Xidmətinin məlumatına görə, xilas edilənlərin əynində jilet olduğundan onlar dənizdə batmayıblar.
Hazır Liviya Sahil Mühafizə Xidməti batan qaçqınların cəsədlərini axtarmaqla məşğuldur.
Artıq 3 körpənin cansız bədəni tapılıb.
Alman mediası bu faciə ilə bağlı "Artıq Avropa belə mənzərəni görməmək üçün nə etməlidir?" başlığını verib...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31