Saakaşvili Gürcüstana qayıdacağına söz verdi
1 İyul 2018 01:36 DünyaGürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bildirib ki, bu ilin payızında ölkədə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün respublikaya qayıdacaq.
Bu barədə RTVi məlumat yayıb.
"Düşünürəm ki, payızda keçiriləcək prezident seçkilərinə qədər qayıdacağam. Əminəm ki, Bidzina İvanişvili seçkilərdə məğlub olacaq. Əlbəttə, o, seçkiləri saxtalaşdıracaq. Lakin bu, ondan alınmayacaq", - deyə siyasətçi telekanala verdiyi müsahibədə bildirib.
Həmçinin Saakaşvili Valeriy Gelaşvilinin döyülməsində heç bir aidiyyatı olmadığını bildirib.
Daha əvvəl Gürcüstan məhkəməsi qiyabi olaraq Saakaşvilini altı il müddətinə azadlıqdan məhrum edib. Belə ki, onun 2005-ci ildə deputat Valeriy Gelaşviliyə hücumda iştirak etdiyi sübuta yetirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31