Türkmənbaşının atı Ginnesin rekordlar kitabına düşüb
1 İyul 2018 01:31 DünyaTürkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədova məxsus Axaltəkin atı arxa ayaqları ilə 10 metrlik məsafəni 4,19 saniyədə keçməyə müvəffəq olub.
Bu da Ginnesin rekordlar kitabına düşməsinə səbəb olub.
Bu göstərici elə həmin atın 2016-cı ildəki göstəricisindən iki dəfə yüksəkdir.
Daha əvvəl Ginnesin rekordlar kitabına Türkmənistanın digər nailiyyətlərinin salınması irəli sürülüb: Olimpiya stadionundan nəhəng at başının heykəli, su idman növləri mərkəzi, dünyada ən böyük ulduz olan tele-mərkəz, dünyanın ən böyük türkmən ornamenti olan yeni aeroport və s.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31