Bu ölkə xalqı dövlətin borcuna görə 30 milyon topladı

Malayziya xalqı ölkənin xarici borclarının qarşılanması üçün bir ayda 30 milyon dollar toplayaraq Ümid Fondu vasitəsi ilə dövlətə bağışlayıb.

Bu barədə məlumatı Malayziyanın Maliyyə Nazirliyi yayıb. Məlumata görə, bu pullarla keçmiş Baş nazir Nəcib Rezkanın dövründə yaranan 252 milyard dollarlıq borcun bir hissəsi kimi ödəniləcək.

Qeyd edək ki, ölkədə xarici borcları ödəmək üçün nazirlərin maaşlarından da 10 faiz tutulur.

Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31