Derada atəşkəs görüşü: Rusiya elə şərtlər irəli sürdü ki...

Suriyanın müxalif ordusu ilə Rusiya heyətinin Derada atəşkəs şərtlərini danışmaq məqsədi ilə keçirdikləri görüş uğursuzluqla nəticələnib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı "Anadolu" agentliyinə açıqlamasında Mərkəzi Əməliyyatlar Palatasının sözçüsü İbrahim Cəbbavi deyib. O bildirib ki, rusların irəli sürdüyü şərtlər təhqiredicidir və buna görə razılıq əldə olunmayıb:

"Suriyanın şimalını bütövlüklə Əsəd rejiminə təslim etməyimizi istədilər. Azad Suriya Ordusundan əlindəki bütün ağır və yüngül silahların təslim edilməsi tələb olundu. Bundan sonra razılığın əldə ediləcəyi bildirildi. Həmçinin həbs siyahısında olanların məhkəməyə çıxarılması şərti irəli sürüldü".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31