Məşhur aktrisa Trampa qarşı etiraz aksiyasında saxlanıldı

Məşhur amerikalı aktrisa, 71 yaşlı Suzan Sarandon polis tərəfindən saxlanılıb.  S. Sarandon iyunun 28-də Vaşinqtonda Trampın antimiqrasiya siyasətinə qarşı keçirilmiş etiraz aksiyası zamanı qanunu pozmaqda ittiham olunur. “Həbs edildim. Güclü olun və mübarizəyə davam edin”, – deyə aktrisa şəxsi “Twitter” səhifəsində yazıb.

Məşhur amerikalı aktrisa, 71 yaşlı Suzan Sarandon polis tərəfindən saxlanılıb. 

S. Sarandon iyunun 28-də Vaşinqtonda Trampın antimiqrasiya siyasətinə qarşı keçirilmiş etiraz aksiyası zamanı qanunu pozmaqda ittiham olunur. "Həbs edildim. Güclü olun və mübarizəyə davam edin", - deyə aktrisa şəxsi "Twitter" səhifəsində yazıb.

Qeyd edək ki, aktrisanın qatıldığı qadınlar aksiyayı miqrant uşaqların ailələrindən ayrılmasına qarşı yönəlib. Martın ortalarında Tramp ailələrindən uzaqlaşdırılmış uşaqları Texas və Arkansasdakı hərbi bazalara göndərməyi təklif edib. Bildirilir ki, bu, sərhədi qeyri-qanuni keçməyə çalışan  miqrantlara qarşı "sıfır tolerantlıq" siyasətində bir addım olacaq. // apa

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31