Sərkisyanın qardaşına cinayət işi açıldı

Ermənistanın sabiq prezidenti Serj Sərkisyanın qardaşı, xüsusi tapşırıqlar üzrə səfir Levon Sərkisyan, onun oğlu Narek və qızı Ani qanunsuz yolla varlanma və gəlirləri ilə bağlı bəyannamədə düzgün məlumat verməməkdə günahlandırırlar. Bu barədə Ermənistanın Dövlət Gəlirləri Komitəsinin mətbuat xidmətinin bəyanatında deyilir.

Ermənistanın sabiq prezidenti Serj Sərkisyanın qardaşı, xüsusi tapşırıqlar üzrə səfir Levon Sərkisyan, onun oğlu Narek və qızı Ani qanunsuz yolla varlanma və gəlirləri ilə bağlı bəyannamədə düzgün məlumat verməməkdə günahlandırırlar.

Bu barədə Ermənistanın Dövlət Gəlirləri Komitəsinin mətbuat xidmətinin bəyanatında deyilir.

"Narek Sərkisyanın mənzilində aparılan axtarış zamanı onun atası Levon Sərkisyanın adına 6,8 milyon ABŞ dollar məbləğində bank depozit sənədləri aşkarlanıb. Qanunvericiliyə uyğun olaraq, Levon Sərkisyan xüsusi tapşırıqlar üzrə səfir kimi bu məbləği bəyannamədə göstərməyib", məlumatda deyilir.

Bəyanatda həmçinin bildirilir ki, L.Sərkisyanın övladları da bəyannamələrində yuxarıda qeyd olunun məbləği göstərməyiblər. Faktla bağlı Dövlət Gəlirləri Komitəsinin İstintaq İdarəsində cinayət işi açılıb.

Qeyd edək ki, Ermənistanın sabiq prezidenti Serj Sərkisyanın qardaşı Levon Sərkisyan 1998-ci ildən Suriya, Tunis və İordaniyada səfir vəzifəsində çalışıb. 2010-cu ildə isə Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri təyin edilib. Apa

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31