“Avtomobil nəhəngi” Türkiyədə qalır

Fransanın avtomobil nəhəngi RENO (RENAULT) Türkiyədəki ortağı olan OYAK qrupu ilə ortaqlıq razılaşması haqqında 27 illik uzatma sazışı imzalayıb. Razılaşmaya görə OYAK avtomobil , ötürmə qutusu, motor istehsalında əsas mərkəzlərdən biri olaraq  davam edəcək .Ölkədəki bütün avtomobil satışı və satış sonrası xidmətdə OYAK qrupuna aid olacaq. OYAK qrupunda Renonun 51 faiz OYAK-ın da 49 faiz hissəsi mövcuddur. Qeyd edək ki, RENO dünyanın ilk 5  ən nəhəng avtomaşın istehsalçısından biridir. Türkiyədə istehsal edilən avtomaşınların isə böyük bir hissəsi başqa ölkələrə ixrac edilir. 

Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31