XXI əsrin ən yaxşı mahnıları seçildi - VİDEO
29 İyun 2018 16:09 Dünya"Rolling Stone" nəşri XXI əsrin 100 ən yaxşı mahnısından ibarət siyahı hazırlayıb.
Birinci pillənin sahibi "Crazy in Love" mahnısı ilə Beyons və Cey Zi cütlüyüdür.
İkinci yerdə britaniyalı ifaçı M.I.A-nın "Paper Planes" kompozisiyası, üçüncü yerdə isə "The White Stripes" qrupunun "Seven Nation Army" mahnısı qərarlaşıb.
İlk iyirmiliyə Britni Spirs "Toxic", Emi Vaynhaus "Rehab" kimi hitlər də daxildir.
100-cü pillədə isə "Gasolina" mahnısı ilə Puerto-Rikolu müğənni Yankinin Deddidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31