İsrail Suriyaya tonlarla humanitar yardım göndərdi
29 İyun 2018 15:18 Dünyaİsrail Suriyanın sərhəd rayonlarına humanitar yardım göndərib.
Bu barədə İsrail ordusu məlumat yayıb. Yardım ərzaq məhsulları, tibbi ləvazimatlar və geyimlərdən ibarət olub. İsrail ordusu bir neçə saat ərzində sərhəddən 300 çadır, 13 ton qida, 15 ton uşaq yeməyi, üç yeşik dərman və tibbi ləvazimat, 30 ton geyim və ayaqqabı keçirə bilib.
Yardım döyüş zonasından qaçaraq Suriya ərazisindəki yüksəkliklərdən birində çadır düşərgələri quran yerli əhali üçün nəzərdə tutulub.
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31