Türkiyənin doğru seçimi və qardaş ölkənin gələcək inkişaf perspektivləri

Artıq bir neçə gündür ki. qardaş Türkiyədə seçki həyəcanı bitib. Gözlənildiyi kimi bu dəfə də seçkilərdən hakim Ədalət və İnkişaf Partiyası, eləcə də Rəcəb Tayyib Ərdoğan qalib ayrıldı. Düzdür, onun əsas rəqibi, CHP-dən Muharrəm İncənin də müəyyən mənada reytinqi vardı. Hətta bəzi ekspertlər seçkidə İncənin qalib gələcəyi iddiası ilə çıxış edirdilər. Ancaq iyunun 24-də türk xalqı yola Ərdoğan və AKP ilə davam dedi. İndi hər kəs bundan sonra cərəyan edəcək prosesləri proqnozlaşdırır. Müstəqil ekspert Zeynal Əmralıyev deyir ki, gözlənildiyi kimi seçkilərdə Ərdoğan və rəhbərlik etdiyi Cumhur İttifaqı qalib gəldi. Lakin maraqlı olan məsələ seçkinin necə keçdiyi və bundan sora nələrin baş verəcəyidir: "Bu seçkilər Türkiyə üçün sıradan bir seçki deyildi. Yeni bir sistemə- parlamentli respublikadan prezdentliyə keçid idi. Zənnimcə, Ərdoğanın seçkidə qalibiyyətə daşıyan əsas amil MHP ilə qurduğu ittifaq və birbaşa dindar kəsimə müraciət etməsi oldu.Türkiyədə sadə əhalinin çox hissəsi hansısa bir təriqətin- camaatın ətrafında cəmləşib. Həmin təriqət liderlərlərinin demək olar ki, çox böyük əksəriyyəti bu və ya başqa səbəblərlə Ərdoğanı və AK Partiyanı açıq şəkildə dəstəklədi. Bu seçkilərdə məhz bu səbəbdən bir qədər dindarlarla dindar olmayan kəsimin arasında mübarizə kimi keçdi və Türkiyə cəmiyyətində az da olsa müəyyən bölünmə yaratdı". Ekspert hesab edir ki,  Ərdoğanın HDP-nin həbsdəki sədri Səlahəddin Dəmirtaşı seçkiyə buraxması isə İncəyə qarşı oynanılmış chr("39")chr("39")incəchr("39")chr("39") bir oyun idi: "Çünki yaxşı bilirdiki əgər Dəmirtaş seçkiyə girməsə kürd səslərin hamısı İncədə cəmləşəcək. Ancaq CHP-də bunun heyfini AK Partiyadan parlament seçkilərində çıxdı. HDP barajı aşıb parlamentə keçdi və AK Partiya məclisdə təkbaşına çoxluğa sahib ola bilmədi. Bu isə o demədir ki, AK Partiya bir müddətdə MHP-yə möhtacdır. Seçkilərdə mənə görə ən böyük uğuru bəlkə də Meral Akşener və partiyası qazandı. MHP-nin əvvəlki seçkilərə nisbətən səslərini qoruması AK Partiya dəstəkləsə belə MHP-nin nüfuzununda heç də aşağı olmadığını ortaya qoydu.Ancaq mərkəzci mövqedən çıxış edən İyİ Partiya 10 faiz maneyeni aşaraq parlamntə girə bildir. Qurulduğu bir neçə ay olmasına baxmayaraq və heç bir seçkidə iştirak etməməsinə baxmayaraq İyİ Partiya hətta ideolojisiz belə 10 faizlik bir seçki kütləsini ətrafına yığa bildi". Ekspert deyib ki, bu seçkilərdə əslində hər kəs kəs qazandı: "Ərdoğan tam başqanlığı, İncə güclü nüfuz və bəlkə də CHP rəhbərliyini, Akşener məclisdə qrup qurma haqqını, Bahçeli məclisdə yerini qoruma haqqını, Dəmirtaş və HDP-sə nüfuzunu artırmağı və parlamentə 3-cü partiya olma haqqını qazandılar.  Əsas məsələ odur ki, Türkiyə qazansın.Türkiyənin isə bu seçimlə nələri qazanıb nələri itirdiyini deməyimiz üçün bizə nə az-nə çox, 5 il vaxt lazımdı".

Ekspert Əhəd Məmmədli də deyir ki, qardaş ölkə bu dəfə də doğru seçim etdi: "Gözlədiyimiz kimi hər iki nəticə 50+1 iqtidarın xeyrinə oldu. "Atmosferə" düşənlərə xəbərdarlıq da etdik. Etməyin, eləmiyin... Adınızı "lider", "siyasətçi", "politoloq" qoyub gülünc proqnozlar verməyin. Gəncləri haradasa başa düşdük, sizin ki, "atmosferə" düşən yaşınız-başınız deyil. Biraz siyasətdən anlayışı olan, biraz Türkiyədən xəbəri olan hər adam anlamalı idi ki, Kılçdaroğlunun "torpedo" kimi irəli verdiyi İncənin namizədliyi Ərdoğanı udmaq üçün deyildi. Azərbaycanın müstəmləkə "aydınları" və 25 ildir siyasi fəaliyyətini bu cür müstəmləkə "aydınlarına" xoş gəlmək üçün quran elə ona görə də yerində sayan meşşan təfəkkürlü, kompleksli siyasilərdən başqa heç kəs, siyasətdən başı çıxan CHP-lilər belə öz namizədlərinin qələbəsinə inanmırdı. İncə öz kəndində belə Ərdoğana uduzdu. Bu sadə reallığı İncənin kəndliləri belə gördü, ancaq, yuxarıda qeyd etdiyim azərbaycanlılar görmədi. Həmin bu İncə də Ərdoğanı təbrik etdi. AK Partiyaya savadsızlar səs verirlər deyənlər, bu cür iddia sizin kimilərin yenə də Türkiyə siyasətindən, ümumiyyətlə siyasətdən bixəbər olduğuzdan xəbər verir. Nə olsun adınızı "lider", "siyasətçi", "ekspert" və s. qoymusunuz? Qısa müddətdə 1500 kilometr məsafəli ballistik raket istehsal edənlərin və 2023 də ballestik raketlərin uçuş məsafəsinin 2500 km çatdırmaq hədəfini qoyan insanların savadının "s" hərfi belə sizdə yoxdur. Gedin özünüzə başqa məslək tapın. Amma, iş ondadadır ki, Türkiyədəki CHP-li, HDP-li dostlarınız belə məğlubiyyətlərini xalqlarının savadsızlığına bağlamırlar. Ay İncədən böyük İncə olmaq istəyənlər, özünüzü gülünc vəziyyətə qoymayın.
Bu seçkilərdə bir nüans məni biraz da olsa təəcübləndirdi,

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31