Aqunq vulkanı püskürməyə davam edir: 1 milyard dollar ziyan vurub
29 İyun 2018 17:10 Dünyaİndoneziyada yerləşən Aqunq yanardağı püskürməyə davam edir.
Ətrafa yayılan kül və duman səbəbilə əhalidən ərazidən uzaq durmaq tələb edilib və maskadan istifadə etmək məsləhət görülüb. Bali və Şərqi Cavada yerləşən hava limanları fəaliyyətini dayandırıb. Baliyə 450 səfər təxirə salınıb. Bu, 75 mindən çox sərnişinin istədiyi yerə çata bilməməsi deməkdir.
Qeyd edək ki, Aqunqdan çıxan duman və kül 2 km yüksəyə qalxır.
Yanardağ ötən ilin sentyabr-dekabr aylarında ölkə turizminə 1 milyard dollar zərər verib.
Qaynarinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31