38 sui-qəsddən xilas olan komandir öldürüldü: bu dəfə qurtula bilmədi
29 İyun 2018 14:13 DünyaKabildə xüsusi təyinatlı qoşunların komandiri Əzizullah Karvanöldürülüb.
Bu barədə Əfqanıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Onun kim tərəfindən öldürüldüyü hələlik məlum deyil.
Məlumatda qeyd olunur ki, Karvan Əfqanıstanın cənub-şərqində yerləşən Paktika əyalətində polis xüsusi təyinatlı qüvvələrinə rəhbərlik edirdi.
Karvan mart ayında verdiyi müsahibəsində karyerası ərzində ona qarşı 38 sui-qəsd təşkil edildiyini söyləmişdi.
Qaynarinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31