Meksikada seçkiqabağı kampaniya dövründə 133 siyasətçi qətlə yetirilib
29 İyun 2018 13:53 DünyaMeksikada seçkiqabağı kampaniya başlayandan 133 siyasətçi qətlə yetirilib.
Sonuncu qətl hadisəsi nəticəsində Miçoakan ştatı meri vəzifəsinin müvəqqəti icraçısı ölüb.
Seçkiqabağı kampaniya 2017-ci ilin sentyabrından başlayıb.
Qeyd edək ki, ümumxalq səsverməsi iyulun 1-də keçiriləcək. Seçicilər Prezident, Konqresin 500 deputatını və Senatın 128 üzvünü seçəcəklər. Meksikada seçki haqqında qəbul edilən yeni qanuna əsasən, iyulun 1-də seçiləcək deputatlar, senatorlar və prezident ölkə tarixində ilk dəfə ikinci müddətə seçilə bilərlər.
Hazırkı Prezident Enrike Penya Neto ölkə Konstitusiyasına əsasən ikinci müddətə seçilə bilməz. O, 2012-ci ildə bu vəzifəyə seçilib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31