Türkiyədən Rusiya və İrana çağırış: Müdaxilə edin!
29 İyun 2018 13:28 DünyaTürkiyə Suriya məsələsi ilə əlaqədar Rusiya və İrana çağırış ünvanlayıb.
Suriyanın Dəra və Kuneytra rayonlarında hökumət qüvvələrinin hücumunu dayandırmaq təklif olunur.
Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami Aksoy bildirib ki, bu rayonlara hücumlar nəticəsində onlarla dinc sakin həlak olub:
"Biz Astanada imzalanmış saziş əsasında deeskalasiya zonası hesab olunan bölgələrdə hücumları dayandırmağa çağırırıq".
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31