“Spartak”ın futbolçusu həyat yoldaşını döydüyü üçün tutuldu
29 İyun 2018 12:58 Dünyaİspaniya hüquq-mühafizə orqanları Moskva "Spartak"ının futbolçusu Kvinsi Promesi tutub.
Buna səbəb onun öz həyat yoldaşını döyməsidir.
Hollandiya millisinin hücumameyilli yarımmüdafiəçisi İspaniyanın İbitsa adasında istirahət edib. Futbolçu anlaşılmazlıq yaşadığı həyat yoldaşını döyüb. 26 yaşlı oyunçu ona mane olmaq istəyənlərə də əl qaldırmaqdan çəkinməyib.
Qeyd edək ki, Kvinsi Promes Hollandiya millisinin və "Qalatasaray"ın sabiq futbolçusu Vesli Sneyderlə bir yerdə istirahət edirmiş.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31