Gürcüstanda iqtisadi artım 7%-i ötüb

May ayında Gürcüstanda ÜDM-in artım tempi 7,5% təşkil edib.

Gürcüstanın Milli Statistika İdarəsi xəbər verir ki, bu ilin ilk beş ayı ərzində ÜDM-in orta real artım tempi 6,1% olub.

Yanvar-may aylarında xarici ticarət dövriyyəsinin həcmi 24,5% artaraq 4 mlrd. 895,6 min dollar təşkil edib.

Qonşu ölkədə ötən ay 4 689  müəssisə qeydiyyatdan keçib ki, bu da illik müqayisədə 0,1% çoxdur.

Dövlət büdcəsinin gəlirləri 809,6 mln. lari, xərcləri isə 712,6 mln. lari təşkil edib.

APA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31