“İqtisadiyyatın inkişafına mane olanları edam cəzası gözləyir”
29 İyun 2018 11:50 Dünya"İran iqtisadiyyatının inkişafına mane olanları, valyuta bazarında təbliğat aparanları edam və 20 ilədək azadlıqdan məhrum edilməyədək sərt cəza gözləyir".
Bunu İslam Respublikası baş prokurorunun müavini Məhəmməd Müsəddiq bildirib.
O, İranın valyuta bazarında baş verənləri şərh edərkən deyib: "Düşmənin məqsədi İran iqtisadiyyatını çökdürməkdir".
Bir müddət əvvəl İran prezidentinin müavini İshaq Cahangiri bildirmişdi ki, ABŞ Prezidenti Donald Tramp hakimiyyəti İrana qarşı iqtisadi müharibə aparır.
Report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31