Inın qardaşının qətlində qadınlar təqsirləndirilir

Malayziya prokurorluğu Şimali Koreya lideri Kim Çen Inın ögey qardaşı Kim Çen Namın qətlində təqsirli bilinən iki qadına qarşı cinayət işi açıb.

İstintaq versiyasına görə, onlar KXDR liderinin yaxın qohumunu zəhərləmək üçün xüsusi təlimat keçib.

Xatırladaq ki, Kim Çen Nam 14 fevral 2017-ci ildə Malayziya aeroportunda qətlə yetirilib.

Vyetnam və İndoneziyadan olan iki qadın onun üzünə tərkibində ölümcül zəhərli "VX" maddəsi olan yağ sürtüb.

www.oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31