Türkiyədə İLK DƏFƏ prezidentin sədrliyi ilə Ali Hərbi Şuranın iclası keçiriləcək
29 İyun 2018 11:03 Dünyaİlk dəfə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə Ali Hərbi Şurasının iclası keçiriləcək.
Şuranın iclası cari ilin avqust ayında baş tutacaq.
Bundan əvvəl Ali Hərbi Şuranın iclasları Baş nazirin sədrliyi ilə keçirilib.
Toplantının əsas mövzusunu PKK, həmçinin digər terror təşkilatları ilə mübarizə təşkil edəcək.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31