DÇ-2018: sevgilisi uduzdu, o sevindi
28 İyun 2018 18:37 DünyaRusiyada keçirilən DÇ-2018-də oynanmış Braziliya-Serbiya matçını tribunalardan izləyənlər arasında məşhur braziliyalı supermodel İzabel Qular da vardı.
"Pari Sen-Jermen" klubunun qapıçısı, 27 yaşlı Kevin Trappın sevgilisi olan 33 yaşlı model "pentakampeon"ların qalib gəldikləri oyunda doğma yığmasına çılğınlıqla azarkeşlik edib.
Kevin Trapın qolkiper olduğu Almaniya yığması isə Cənubi Koreya millisinə 0:2 hesabla uduzub.
Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31